Gənclərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib

Gənclərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilibYAP Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin birgə təşkilatçılığı ilə gənclərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı ili münasibətilə paytaxtımızda yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib. Ekskursiyada Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin üzvü Aysel Əlizadə, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Anar Əliyev və rayonun fəal gəncləri iştirak ediblər.

Avrasiya.net xəbər verir ki, ekskursiya iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzlə tanış oldular. Mərkəzin əməkdaşı iştirakçılara məlumat verərək bildirdi ki, orjinal dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən mərkəz öz binasının modern üslubu ilə həmahənglik təşkil edir. Müasir Bakının simvollarından birinə çevrilən mərkəzdə ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlar və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv sənədləri, eləcə də müxtəlif unikal eksponatlar nümayiş etdirilir. Üç mərtəbədən ibarət muzeydə ən son texnoloji yeniliklərdən istifadə edilməklə məlumatlar ziyarətçilərə interaktiv formada təqdim edilir.
Gənclərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib
Muzeydə ümummilli liderin ailəsinin ötən əsrin 30-cu illərində çəkdirdiyi fotoşəkillər, ulu öndər Heydər Əliyevin SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı zaman istifadə etdiyi zabit və general geyimləri, müxtəlif dövrlərdə istifadə etdiyi dörd xidməti avtomobil, layiq görüldüyü orden və medallar, Sovetlər zamanı və müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə müxtəlif dünya ölkələrinin dövlət və hökumət başçıları ilə görüşlərini əks etdirən fotolarla tanışlıq ekskursiya iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Heydər Əliyev Mərkəzində yerləşən “Azərbaycan inciləri” muzeyinə ekskursiyadan da ziyarət iştirakçıları böyük təəssüratlarla ayrıldılar. İştirakçılara Azərbaycan xalçalarının yayılma arealı, kosmik texnologiyaların inkişaf tarixi, ölkəmizdə postmodernizm üslubunda işlənən sənət əsərləri haqqında geniş məlumat verildi. Sonda xatirə şəkli çəkdirildi və ekskursiya yekunlaşıb.