Bakıda 10-a yaxın bağçanın müdiri işdən çıxarıldı

Bakıda 10-a yaxın bağçanın müdiri işdən çıxarıldıSon günlərdə Bakıda bir neçə uşaq bağçasınnı rəbəri dəyişdirilib.

Publika.az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətində həyata keçirilən kadr islahatlarının tərkib hissəsi olaraq uşaq bağçalarında da dəyişikliklər həyata keçirilir.

Artıq paytaxtın bir neçə rayonu üzrə 10-dan çox uşaq bağçasının müdirəsi yenisi ilə əvəzlənib. Həmçinin bir çox uşaq bağçalarında təmir işləri həyata keçirilir. Valideynlərin bildirdiyinə görə, son günlərdə dövlətə aid uşaq bağçalarında menyu üzrə körpələrə qidalanmasında da irəliləyişlər var.

Qeyd edək ki, rəhbərliyi dəyişən uşaq bağçalarından biri də Nərimanov rayon İ.Hidayətzadə küçəsi 20 ünvanında yerləşən 168 №-li körpələr evi-uşaq bağçasıdır.