18 noy 19:02Sosial

"Milli Şura"dan Dirçəliş Günü və şəhidlərin ruhuna hörmətsizlik

"Milli Şura"dan Dirçəliş Günü və şəhidlərin ruhuna hörmətsizlikReal gücü, sosial dayağı, xalq arasında heç bir nüfuzu olmayan radikal müxalifət mitinqlərlə hansısa nəticəyə nail ola bilməyəcəyini çoxdan anlayıb.

Elə buna görə də son illər onların fəaliyyətində daha çox ara qarışdırmaq, təxribat törətmək cəhdləri diqqəti çəkir. Bu gün Şəhidlər Xiyabanında baş verənlər də bunu bir daha təsdiq etdi.

Gah Avropadakı himayədarlarının sifarişlərinə uyan, gah rusiyapərəstlərə meyl edən, gah İranın əlaltısı olan qüvvələrlə əməkdaşlığa gedən, gah da dini radikallarla ittifaq quran, onların təxribatlarına haqq qazandıran Milli Şura daha bir rüsvayçılığa imza atdı. Milli Dirçəliş gününü bəhanə edib yenidən öz varlığını isbat etməyə çalışan bu qurum bu gün adı çəkilən məkanda sanksiyalaşdırılmamış aksiya keçirməyə cəhd göstərdi. Əslində onların məqsədi heç də Milli Dirçəliş gününü qeyd etmək deyildi. Əgər belə olsaydı, Milli Şura rəhbərləri başqa məkan seçib, orada tərəfdarları ilə bu tarixi günü qeyd edərdilər. Görünür, Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli bu addımlarının böyük ajiotaj yaradacağını düşünüblər. Lakin onların bu addımı həm Milli Dirçəliş Gününün mahiyyətinə, həm də şəhidlərimizin ruhuna hörmətsizlikdir.

"Milli Şura"nın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimlinin tərəfindən idarə olunan bir qrup şəxsin Şəhidlər Xiyabanında polislə toqquşmaya təhrik edilməsini başqa cür qiymətləndirmək mümkün deyil. Çünki özlərini siyasi lider hesab edən bu şəxslər bilməmiş deyillər ki, siyasi protokolların keçirildiyi məkanlar, tarixi-dini ziyarət yerləri kütləvi etiraz aksiyaları keçirilmək üçün ünvan kimi seçilə bilməz. Adı çəkilən cənablar Şəhidlər Xiyabanının həm siyasi protokollar üçün məkan olduğunu, həm də Azərbaycan xalqının müqəddəs ziyarətgahı olduğunu yaxşı bilirlər.

Demək, onlar bilərəkdən Milli Dirçəliş Gününü qeyd etmək bəhanəsi ilə öz çirkin siyasi məqsədlərini reallaşdırmağa cəhb ediblər. Məqsəd də aydırdır, cəmiyyətə Milli Şuranın varlığını hiss etdirmək, sabitliyi pozmaq, polislə qarşıdurma yaratmaq, hakimiyyətə qarşı yeni ittiham hədəfləri əldə etmək.

Ancaq təbii ki, "Milli Şura"nın digər təxribat cəhdləri kimi bu cəhdinin də qarşısı alındı. Hüquq-mühafizə orqanları qeyri-qanuni aksiyanın qarşısını alaraq, radikallara Şəhidlər Xiyabanı kimi müqəddəs ziyarətgahı siyasi
şou meydanına çevirməyə imkan vermədi. Aksiyanın təşkilatçıları axlanaraq Səbail rayon polis idarəsinə aparıldılar.(teleqraf)
XƏBƏR LENTİ
SORĞU