17 noy 20:43Sosial

Əli Kərimli ilə Cəmil Həsənli saxlanıldı

Əli Kərimli ilə Cəmil Həsənli saxlanıldıSaxlanılanlar Səbail Rayon Polis İdarəsinə aparılıblar.

Bu gün Şəhidlər Xiyabanında müxalifət Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və onun bir qrup tərəfdarı saxlanılıb.

Bu barədə sosial şəbəkələrdə AXCP nümayəndələri məlumat yayıblar.

Ə.Kərimli və onun tərəfdarları Milli Dirçəliş Günü ilə əlaqədar təntənəli yürüş edib və qəbirlərin üstünə güllər qoymaq üçün Şəhidlərin Xiyabanına yollanıblar. Saxlanılanlar Səbail Rayon Polis İdarəsinə aparılıblar.

Hazırda Əli Kərimlinin bir qrup tərəfdarı Səbail Rayon Polis İdarəsinin qarşısına toplaşıb.

Məlumata görə, Milli Şuranın sədri Cəmil Həsənli də saxlanılıb.

***
Səbail Rayon Polis İdarəsinin binasına təcili yardım maşını yaxınlaşıb.

Bəzi məlumatlara görə, Cəmil Həsənlinin halı pisləşib.(virtualaz.org)
XƏBƏR LENTİ
SORĞU