15 noy 22:22Sosial

İcra hakimiyyəti 3 aydır bir küçənin təmirini başa çatdıra bilmir - FOTO + VİDEO

İcra hakimiyyəti 3 aydır bir küçənin təmirini başa çatdıra bilmir - FOTO + VİDEOŞabran icra hakimiyyətindən əcaib abadlıq və yol təmiri...

Avrasiya.net-in redaksiyasına Şabran rayonunda küçələrin bərbad və təmir olunmaması ilə bağlı video görüntü və şikayət məktubu daxil olub.

Həmin görüntü və müraciəti təqdim edirik:

- Bildiyiniz kimi bu ilin avqust ayında Şabranın küçələrinin həddindən artıq bərbad gündə olması haqda ölkənin əksər mətbu orqanları yazmışdır.Və bu şikayəti böyük rezonans doğurmuşdu. (https://qaynarinfo.az/az/sabran-sakinleri-rayon-rehberliyinden-sikayetcidir-41-45-ci-illeri-xatirladir-fotolar/)

Xatırladım ki,həmin küçələrdəki biabırçı vəziyyətdən bəhs edən şikayətdə bildirilirdi ki, hər il rayonun büdcəsinə abadlıq məqsədilə milyonlarla manat pul ayrılsa da illərdir rayonda ab-hava ''köhnə hamam köhnə tas'' misalında olduğu kim qalır.

Ümumiyyətlə rayonun əksər küçə və yolları həddindən artıq bərbad vəziyyətdədir. Dahi ədiblərin Nizaminin və Füzulinin adını daşıyan küçələr də icra hakimiyyətinin vətəndaşların probleminə necə yanaşmasını bariz şəkildə göstərir. Bu küçələrin vəziyyəti qətiyyən dahi şairlərin adına yaraşmır. Xatırladım ki, həmin şikayətdə bildirilirdi ki, nə köhnə icra hakimləri,nə də indiki icra başçısı Novruz Novruzovun vaxtında Füzuli küçəsinə asfalt çəkilməyib və çəkilmir, Nizami küçəsi də bərbad durumdadır:

“Ümumiyyətlə Şabran şəhərinin Heydər Əliyev prospektinin cüzi bir hissəsini saymasaq rayonun bütün küçə və yolları həddindən artıq bərbad vəziyyətdədir. “Stansiya”ya-Şabran Dəmiryolu vağzalı yaxın Füzuli və Nizami küçələri normal adama daha çox 1941-1945-ci illər müharibəsindən sonrakı ilk illərə xas kimsəsiz, boz və yeknəsaq mənzərələri xatırladır.Bu baxımdan müharibədən kino çəkmək istəyən kinostudiya təbii fon üçün heç bir qəpik də xərc çəkmək istəmirsə tam uğurla Şabranın bu hissəsini seçə bilər. Şabranın, ”Stansiya”ətrafı yerləri isə Afrika və Hindistan küçələrini xatırladır.

Füzuli küçəsinin sakinləri yollarının bərbad olması səbəbindən yayda toz-torpaqdan,qışda isə palçıqdan əziyyət çəkirlər. Səngəri xatırladan küçədə yaşayan sakinlər payızda,qışda yağışlar yağanda bu küçələr təmir olunmadığından buradan keçmək lap müşkülə çevrilir.Hətta taksi sürücüləri Füzuli küşəsinin lap bərbad-kələ-kötür olduğundan bura gəlmək belə istəmirlər”.

Bu problem mediada geniş işıqlananadan sonra məsələ ilə bağlı Şabran İcra hakimiyyəti müəyyən addımlar atmağa başladı.

Düşünmək olardı ki,artıq problem öz həllini tapır və yaxın zamanlarda heç olmasa bir küçədə də olsa yol,ətraf abad olacaq.Ancaq əfsuslar olsun ki,işlərin görülməsindən artıq 2 aydan çox vaxt keçsə də çox cüzi iş görülüb,ətraf isə yenidən əvvəlki kimi zibillikilə dolmağa başlayıb.Payzın gəlişi, yağışların başlaması ilə yol palçıqlı və keçilməz hala düşüb. Füzuli küçəsində isə ümumiyyətlə heç bir iş görülməyib, yol necə acınacaqlı durumda idisə əvvəlki, hətta ondan da pis vəziyyətə düşüb.

Ərazidə yaşayan sakinlər bildirir ki,icra başçısı Novruz Novruzov rayonun "Stansiya" adlanan ərazisindəki Nizami küçəsində gözdən pərdə asmaq üçün bir- iki bardür düzdürüb. Məlumata görə görülən yarımçıq işlər Şabran rayon Təmir Tikinti İdarəsi tərəfindən həyata keçirilib.İşçi heyəti isə belə olub:1usta 1 fəhlə və 1 briqadir. Hətta tikinti materialları- arada 10-15 balaca kisə qum, iki üç torba sement də adi maşının baqajında gətirilirdi. Yəni bu boyda küçəyə nə yetərincə material,nə texnika ,nə də işçi qüvvəsi ayrılıb.

Halbuki bu iş icra hakimiyyətinin birbaşa göstərişi ilə edilib. Təmir Tikinti İdarəsinin briqadiri kimi özünü təqdim edən Qafarov Qafar adlı şəxsin sakinlərə bildirdiyinə görə oktyabr ayının 15- nə qədər həmin küçəyə asfalt örtüyü çəkilməli , səkilərə isə daş plitələr düzülməli idi.

Üç günə görüləsi işi 2 aya yaxın bir müddət ərzində gördülər. Lakin göz qabağında olan budur ki, nə asfalt örtüyü çəkilib ,nə də ki səkilər düzəldilib. Bircə yarımçıq qalmış səkiləri saymasaq düzələn heç bir şey olmayıb. Fizuli küçəsinin isə belə bərbad vəziyyətdə olmasının əsas səbəblərindən biri “gözdənuzaq”,diqqətdən kənar olmasıdır. Lakin 800 m -dən artıq uzunluğu olan Fizuli küçəsi rayonun ən uzun və ən qədim ( 1940-1950) küçələrindən biridir.

Doğrudanmı icra hakimiyyətinə bir balaca yolu çəkmək,2 küçəni abadlaşdırmaq,təmir ermək bu qədər çətindir?!

Əgər rayonda balaca bir işin öhdəsindən gələ bilmirsə və ya gəlmək istəmirsə görəsən böyük layihənin öhdəsindən neçə gələ bilər?

Payzın gəlişi, yağışların başlaması ilə isə xeyli sakin yaşayan Füzuli küçəsində yol palçıqlı və keçilməz hala düşür ki,bundan sakinlər çox əziyyət çəkir. Bu küçədə yaşayanlar məcbur olub öz vəsaitləri hesabına heç olmasa öz qapılarının ağzını düzəltməyə çalışırlar.

Yenə də ümid edirik ki,axır-əvvəl Şabranın icra başçısı bu “qlobal” problemin öhdəsindən gələcək və vətəndaşları az da olsa sevindirəcək.
loading...
XƏBƏR LENTİ
16-06-2019, 23:30
SORĞU