15 noy 07:25Sosial

Gündə 3-4 fincan qəhvə içsəniz... – İnanılmaz təsir

Gündə 3-4 fincan qəhvə içsəniz... – İnanılmaz təsirQəhvə Haqqında Elmi Məlumat İnstitutunun (ISIC) tədqiqatçıları qəhvədən istifadənin ikinci tip şəkərli diabet riskini 25 faizə qədər azaltdığını açıqlayıblar.

Axar.az xəbər verir ki, bu barədə “EurekAlert” portalında informasiya dərc olunub.

Tədqiqatlar gün ərzində 3-4 fincan qəhvə içməyin həm kişi, həm də qadınlarda ikinci tip şəkərli diabet riskini 25 faizə qədər azaltdığını göstərib. Ekspertlər bu faydalı təsirin həm kofeinli, həm də kofeinsiz qəhvədə eyni olduğunu bildiriblər.

Qəhvə istehlakı ilə ikinci tip şəkərli diabet xəstəliyi arasındakı əlaqələri öyrənən professor Keld Hermansen bu prosesə təsir göstərə biləcək bir sıra amillərin (antioksidant, iltihab əleyhinə və termogen effektləri) olduğunu deyib.

Qeyd edək ki, ikinci tip şəkərli diabet (insulindən asılı olmayan diabet) xəstələrində periferik toxumalarda (xüsusilə əzələ və yağ toxumasında) insulinin təsiri yetərsizdir. Buna insulin müqaviməti deyilir. Bundan əlavə, mədəaltı vəz qandakı şəkər yüksəlməsinə cavab olaraq yetərli miqdarda insulin ifraz edə bilmir. Zaman keçdikcə insulin ifraz edən beta hüceyrə sayı azalır. Bu hüceyrələr azaldıqca insulin miqdarı azalır və qanda şəkər yüksəlməyə başlayır.
XƏBƏR LENTİ
SORĞU