07 noy 10:53Sosial

"Skalper” Şəmkirdə tədbir keçirdi

"Skalper” Şəmkirdə tədbir keçirdi "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Skalper" XYİB-nin "Sağlam həyat tərzi və düzgün qidalanmanın təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili" layihəsi üzrə Şəmkir şəhərində keçirilən tədbir yüksək səviyyədə başa çatıb. Tədbirdə Rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsinin təmsilçiləri, yerli əhali, gənclər iştirak edib. Tədbirdə saglam həyat tərzi, saglam qida və s. mövzularda maraqlı müzakirələr keçirildi. Layihənin məqsədi sağlam həyat tərzinin, düzgün qidalanmanın təbliği və əhalinin, gənc nəslin sağlamlığının qorunmasıdır. Bu istiqamətdə “Skalper” XYİB-nin növbəti tədbiri Masallı rayonunda olacaq.
"Skalper” Şəmkirdə tədbir keçirdi
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.