06 noy 20:57Sosial

Azərbaycanda avtoritetin həbs müddəti uzadıldı

Azərbaycanda avtoritetin həbs müddəti uzadıldıNərimanov Rayon Məhkəməsində Cəlilabad rayonunda kriminal aləmdə “Şahin” kimi tanınan rayon sakini Şahin Həsənov, onun qardaşı Səxavət Həsənov və İlqar Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimata baxılıb.

Report-un xəbərinə görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib. Hər üç şəxsin həbs müddəti daha 3 ay artırılıb.

Qeyd edək ki, silahlı insident iyunun 7-də Cəlilabad rayon sakinləri arasında baş verib. Naməlum şəxslər Cəlilabad şəhər sakini Ş.Həsənovun yaşadığı evin qarşısına gələrək odlu silahdan giriş qapısına və divarlarına atəş açıb və hadisə yerindən qaçaraq uzaqlaşıblar.

Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kriminal aləmdə “Şahin” kimi tanınan rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Əliqulu oğlu Həsənov, onun qardaşı S.Həsənov və qarşı tərəfdən isə İ.Həsənov saxlanılıb.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.