06 noy 18:01Sosial

"Prezidentin xüsusi diqqətində olması, bu sahənin sürətli inişafını stimulaşdırır"

"Prezidentin xüsusi diqqətində olması, bu sahənin sürətli inişafını stimulaşdırır"“Azərbaycanda ilk radio və televiziya yayımının tarixi Sovetlər dönəminə təsadüf etsə də, teleradio məkanı əvvəllər Sovetlər sisteminin sərt nəzarəti altında olsa da, bizlər 6 noyabrı Milli teleradio sənayesinin yaranması günü kimi fərəhlə qeyd edirik. Təhlil edəndə aydınlaşır ki, bu təqvimin məhz Milli teleradionun yaranışı kimi qeyd edilməsinin ciddi əsasları var”.

Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, Azərbaycan radiosu və televiziyası təkcə Azərbaycan dilində verilişlər yaydığına, çalışanların, ştat vahidlərinin azərbaycanlılardan təşkil edilməsinə görə deyil, məzmununa görə də milli olub: “Xalqımızın taleyüklü problemləri ortaya çıxanda, seçim anlarında televiziya və radiomuz xalqın yanında olub, milli təssübkeşlik göstərib. 20 Yanvar hadisələrində, Qarabağ savaşının başlanğıc mərhələlərində teleradio məkanımızın sərgilədiyi mövqe hər kəsin yadındadır. Milli kimliyimizin tanıdılmasında, mənəvi-mədəni dəyərlərimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində milli teleradio sənayemizin müstəsna rolu olub.

Milli teleradio sənayemiz bu gün də öz missiyasını davam etdirir, milli dövlətçiliyimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, əhalinin düzgün, zəruri xəbərlərlə təmin olunmasında və maariflənməsində rolu əvəzsizdir. Medianın digər qolları kimi teleradio sənayesinin də dövlət qayğısıyla əhatə olunması, Prezident İlham Əliyevin xüsusi diqqətində olması, bu sahənin sürətli inişafını stimulaşdırır. Ölkəmizdəki söz azadlığı mühiti, müstəqil medianın inkişafı üçün yaradılan şərait, peşəkar kadrların mövcudluğu teleradio məkanı üçün sonsuz imkanlar açıb. İndi bu sahədə çalışan həmkarlarımız nəinki ölkə əhalisinin zəruri xəbərlərlə təmin edilməsində layiqli rol oynayırlar, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük əmək sərf edirlər. Mən milli teleradio məkanında öncələr çalışmış və indi çalışan bütün həmkarlarımızı təbrik edirəm, uğurlar arzulayıram”.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.