Məktəb Bakıda 15 yaşlı şagirdin qaçırıldığını təkzib etdi

Məktəb Bakıda 15 yaşlı şagirdin qaçırıldığını təkzib etdi"Onun qızının 2 gün dərsə gəlməməsinin səbəbi xəstə olmasıdır"

Bakının Qaradağ rayonundakı Sahil qəsəbəsində 15 yaşlı məktəbli qızın qaçırılması barədə xəbər yayılıb.

Bu barədə hüquq-mühafizə orqanlarına qızın anası – 38 yaşlı Samirə Əliyevanın məlumat verdiyi bildirilir. İddia olunur ki, anası oktyabrın 28-də qızı X.Mikayılovanın 20 yaşlı qəsəbə sakini Teymur İsgəndərov tərəfindən evlənmək məqsədilə oğurlandığını söyləyib.

Məsələ ilə bağlı Sahil qəsəbəsindəki 319 nömrəli tam orta məktəbdən açıqlama verilib.

Bildirilib ki, Mikayılova X.-nin anası ilə əlaqə saxlanılıb. Ana qızının hazırda evdə olduğunu deyib.

“Həmçinin valideyni vurğulayıb ki, onun qızının 2 gün dərsə gəlməməsinin səbəbi xəstə olmasıdır”.

Qeyd edək ki, bu barədə ilk xəbəri Sputnik.az yazıb. (Modern.az)