Sabiq deputat xaricdən telefon aldı, ölkəyə gətirə bilmədi: "Gömrük komitəsi ləğv olunmalıdır..."

Sabiq deputat xaricdən telefon aldı, ölkəyə gətirə bilmədi: "Gömrük komitəsi ləğv olunmalıdır...""Amazon.com-dan telefon almışam, bağlamanı camex.az daşıma şirkətinin xaricdə (ABŞ-dakı) anbarına göndərmişəm, elektron bəyan edilib və 5.30 dollar gətirilmə xərci ödənilib..bir həftədir anbarda durur".

Avrasiya.net xəbər verir ki, bu sözləri keçmiş deputat Nazim Bəydəmirli sosial şəbəkədəki səhifəsində yazıb.

Sabiq deputat qeyd edib ki, indicə ona daşıyıcı şirkətdən zəng ediblər ki, biz sizin bağlamanı gətirə bilmərik: "Çünki Gömrük komitəsi icazə vermir. Nə qədər başa salmağa çalışsam da ki, bunu mən bəyannamə verib, pulunu ödədikdən sonra etməyə haqqınız yoxdur, dedilər yox, geri qaytarmağa 50 dollar verəcəksiz. Ki, satıcıya çatdıraq, ya da45 gündən sonra bağlamanız məhv ediləcək".

Sabiq deputatın sözlərinə görə, bütün belə əndrabadi qaydalara görə Gömrük komitəsi ləğv olunmalıdır:

"Hazırda Gömrük komitəsi ilə daşıyıcı şirkəti məhkəməyə vermək üçün bu sahədə ixtisaslaşmış vəkil axtarıram".