Bakıda satılan köynəyin üstündəki yazı şoka saldı - Foto

Bakıda satılan köynəyin üstündəki yazı şoka saldı - FotoBakıda “Berşka” adlı brend mağazada satılan köynəyin üzərinə həkk olunmuş ingiliscə yazı növbəti dəfə bu mövzunu gündəmə gətirib.

Axar.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə foto da paylaşılıb. Paltarın üzərində, “Mən bacımın sevgilisini oğurladım. Hər şey qasırğa kimi bir anda baş verdi və biz bir həftə ərzində valideynlərimizi öldürdük, sonra da səyahətə çıxdıq” deyə yazılıb.

Sosial şəbəkə istifadəçiləri isə buna kəskin reaksiya veriblər. Bu məzmunlu yazıların xüsusən azyaşlıların psixologiyasına mənfi təsiri barədə fikirlər səsləndirilib.

Qeyd edək ki, vaxtaşırı olaraq brend mağazalarımızda satılan paltarların üstündə bu cür əxlaqa zidd ifadələrin olmasına rast gəlinib. Təəssüf ki, rekasiyalara baxmayaraq, hələ də bir çox tacir satdığı köynəyin yazısına əhəmiyyət vermir və ya bunu qəsdən edir.