24 okt 10:31Sosial

İki millət vəkilinin maaşı artırıla bilər

İki millət vəkilinin maaşı artırıla bilərParlamentin komitə sədrinin müavini təyin olunacaqları təqdirdə.

Milli Məclisin (MM) oktyabrın 30-da keçiriləcək plenar iclasında parlamentin iki komitəsinə sədr müavini seçiləcək.

MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Çingiz Qənizadənin, Gənclər və idman komitəsinin sədr müavini vəzifəsinə isə Şahin İsmayılovun namizədliyi irəli sürülüb.

Növbəti plenar iclasda hər iki deputatın namizədliyi müzakirə olunacaq və səsverməyə çıxarılacaq.

Bu iki deputat parlamentin komitə sədrinin müavini təyin olunacaqları təqdirdə, onların maaşları da artırılacaq. (report)
XƏBƏR LENTİ
SORĞU