17 okt 20:25Sosial

"MedEra"da həkimlər arasında DAVA - Xəstəni səhv müalicə etdiyinə görə

"MedEra"da həkimlər arasında DAVA - Xəstəni səhv müalicə etdiyinə görəXoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişə ekspert kimi çıxan həkimdən daha bir vətəndaş şikayətçidir.

Unikal.org-a müraciət edən vətəndaş Əliyev Pərvin Elbrus oğlu "MedEra" Hospitalın Neyrocərrahı Əliosman Qədimbəylinin onun 18 yaşlı bacısı qızı Aysel Mərdanovanı səhv müalicə etdiyini iddia edir:

"Bacımgil Zərdabda qalır, çox kasıb ailələri var. İmkanları olmadığına görə xəstə olan bacım qızını "MedEra" Hospitala gətirdim. Əliosman Qədimbəylinin qəbuluna yazıldıq. Yalandan bütün analizləri verdirdi. MRT və digər müayinələrdən keçirəndən sonra mənə dərman yazdı. Analizlərə hardasa 1200 manata qədər pul xərclədim. 250 manat da əlavə pul ödəyib dərmanlar aldım. Yenidən xəstəyə lazer yazdı. Xəstəmizdə heç bir irəliləyiş olmadığı üçün Əliosman həkimin qəbuluna gəldik. Təkrar həmin müayinələrdən keçirdi və yenidən 250 manatlıq resept yazdı. Bacım qızının vəziyyəti pisləşəndən sonra növbəti dəfə "MedEra"ya gəldik. Kamran həkim baxıb "Bunu Əliosman həkim deyil, Ehtiram Alişanov müalicə etməlidir" dedi. Alişanovun yanına getdim. O, da baş həkimlə dalaşdı ki, bunu Əliosman müalicə etməməlidir. Bu xəstəni niyə onun yanına göndərmisiniz?Alişanov bizə ucuz dərman yazdı. Eyni xəstəxanada müxtəlif həkimlər bir-birini təkzib etdi. Alişanov Əliosmanla dalaşıb, "bu xəstəyə niyə bu müalicəni yazmısan?" deyə qışqırdı. Bu epilepsiya xəstəsidir. Bu epilepsiya xəstəsidir, buna şüa veriblər. Amma sonradan bir neçə həkimə getmişik. Bütün həkimlər deyir ki, epilepsiya xəstəsinə şüa olmaz. Xəstəyə yazdığı dərmanların heç birini bacımın qızına vermək olmazmış. Xəstəxananın baş həkiminin yanına gedib, müraciət etdim, amma Lalə xanım və Əliosman həkim mənə "get hara şikayət edirsən et" dedi. Ümumimilikdə 3000 manat analizlərə və müalicəyə pulum çıxıb. İndi mən "MedEra" Hospitala ödədiyim pullarımı tələb edirəm. Çünki Əliosman Qədimbəylinin müalicəsinin xəstəmizə heç bir müsbət təsiri olmayıb. Əksinə bacım qızının vəziyyəti daha da pisləşib".
XƏBƏR LENTİ
SORĞU