16 okt 19:21Sosial

İqbal Ağazadə debatda İsa Qəmbəri biabır etdi - VİDEO

İqbal Ağazadə debatda İsa Qəmbəri biabır etdi - VİDEOMüsavat Partiyasının başqanı Arif Hacılı ilə Ümid Partiyasının sədri İqbal Ağazadə 2003-cü ilin 15-16 oktyabr hadisələri ilə bağlı debatda bir-birinə qarşı ağır ifadələr işlədib.

İqbal Ağazadə həmin vaxt məğlub olmalarının günahkarının İsa Qəmbər olduğunu bildirib:

“Mitinq günü İsa Qəmbərə dörd dəfə zəng etdim ki, meydana gəlin. O gəlmədi. İlk üç zəngimdə mənə söylədi ki, meydana gəlib-gəlməməklə bağlı fikirləşir. Nəhayət, dördüncü zəngimdə bildirdi ki, yoldadır, evə gedir”.

Arif Hacılı onun fikirlərinə müdaxilə edib, bundan sonra qarşıdurma başlayıb.

İqbal Ağazadə: Arif bəy hər zamankı kimi cığal mövqe ilə danışmayın.

Arif Hacılı: Səviyyəli danışın.

İqbal Ağazadə: Səviyyəsiz özünüzsünüz. Bizim həmin vaxt Müsavat Partiyasının qərargahı qarşısında toplaşmaq planımız yox idi.

Arif Hacılı: Bir çox plandan məlumatınız belə olmayıb.

İqbal Ağazadə: Doğrudur. O planlar ki, 15 oktyabrda həyata keçirildi, onlardan xəbərim olmayıb. Sonradan başa düşdüm ki, bu planlar olmasaydı, qalib gələrdik. Biz Müsavatın qarşısında toplaşmamalıydıq. İsa Qəmbər saat 22:00-da zəng edərək dedi ki, bura gəlmək lazımdır. Mən bildirdim ki, ora gəlmək doğru addım deyil. Xahiş etdi ki, gəlin. Gəldim, İsa Qəmbərin otrağına qalxdım, israrla xahiş etdim ki, insanlar dağılışsın.

Arif Hacılı: 15 il sonra “o mənə belə dedi, mən belə dedim” məsələləri mənasızdır. Mən istintaq materiallarına istinad edirəm. İqbal Ağazadə istintaqa bildirdi ki, o mitinqə təsadüfən gəlib. Bu şəxs o dövrdə mitinqin əleyhinə danışıb.

İqbal Ağazadə: Xahiş edirəm təhrif etməyin.

Arif Hacılı: Oktyabrın 20-də AzTV-də danışmısınız. Tərbiyəli olun.

İqbal Ağzadə: Tərbiyəsiz sissiniz.

Arif Hacılı: Bu səviyyədə söhbət etmək istəmirəm.

İqbal Ağazadə:
Çıx debatdan, qalanını mən danışacam.

Arif Hacılı: Xalqın yadından heç nə çıxmayıb. Bir çox adamlar özlərini müxalifət adlandıraraq hadisələrin günahını müxalifət qüvvələrinin üzərinə yıxırlar. Qətiyyən mümkün deyildi ki, mitinq dağılmamış İsa Qəmbər evinə getsin. Biz mitinq dağılandan 6-7 saat sonra qərargahdan çıxmışıq. İsa Qəmbərin mitinqə gəlməməsi barədə miflər uydurmaq lazım deyil. İqbal bəy həmin vaxt orada yox idi.

İqbal Ağazadə: Mən 15 oktyabrda saat 22:00-dan səhər saat 05:00-a qədər İsa Qəmbərin kabinetində, yəni polislər ağır söyüşlərlə İsa Qəmbəri qovana qədər orada olmuşam.

Arif Hacılı: Səviyyəli danışın.

İqbal Ağzadə: Səviyyəsiz özünüzsünüz. İsa Qəmbərin meydana gəlməməyi və baş verən digər proseslər haqqında debat təşkil etsinlər, çıxım sübut edim. Sübut edim ki, kimlər həmin dövrdə xalqın səsi üzərindən nə qədər vəsait qazanıb.

İqbal Ağazadənin bu fikirlərindən sonra Arif Hacılı debatdan çəkilib.
XƏBƏR LENTİ
22-10-2019, 14:35
SORĞU