02 okt 20:01Sosial

“Azərbaycanın işğal olunmuş ərazilərindəki abidələr” adlı kitabça hazırlanıb

“Azərbaycanın işğal olunmuş ərazilərindəki abidələr” adlı kitabça hazırlanıb“Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyası” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə birgə həyata keçirdiyi “Qarabağdakı tarixi, mədəni abidələrimiz haqqında nəşrin hazırlanması və beynəlxalq ictimaiyyətə çatdırılması” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Kollecində tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirin açılışını layihə rəhbəri Soltan Hadıyev edərək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyası və layihə haqqında geniş məlumat verib. Layihə eksperti Sona Əlizadə isə Qarabağdakı tarixi və mədəni abidələrimiz haqqında məruzə ilə çıxış edib və qeyd edib ki, onların bir hissəsi erminələr tərəfindən dağıdılıb, bir hissəsinin isə saxtalaşdırılaraq dünyaya erməni abidələri kimi təqdim olunur. O, biıdirib ki, “XIX əsrə qədər Dağlıq Qarabağda heç bir zaman erməni etnik kütləsi olmayıb. Bunu Dağlıq Qarabağda Ağdərənin Marağa kəndində Qarabağa ilk 200 erməni ailəsinin köçürülməsi şərəfinə 1978-ci ildə ermənilərin özlərinin qoyduqları abidə əyani şəkildə sübut edir.”

Daha sonra layihə çərçivəsində Azərbaycan və ingilis dillərində hazırlanmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki abidələr” adlı kitabça tədbir iştirakçılarına təqdim olunub.
XƏBƏR LENTİ
SORĞU