02 okt 19:18Sosial

Kriminal aləmin generalı... – Rusiyada Lənkəranski haqda səs-küylü məqalə

Kriminal aləmin generalı... – Rusiyada Lənkəranski haqda səs-küylü məqaləRusiyanın məşhur “lenta.ru” saytında Rövşən Lənkəranski haqqında məqalə dərc olunub.

Teleqraf.com xəbər verir ki, sayt onu “kriminal aləmin generalı” adlandırıb.

“Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin kriminal keçmişi və “qanuni oğru” adını qazanması barədə məqalədə onun əvvəl SSRİ, daha sonra isə Rusiya Federasiyandakı fəaliyyətindən danışılır. Onun adını kriminal aləmin “kral”larından sayılan Aslan Usoyanın (“Ded Xasan”) ölümü ilə əlaqəndirən məqalə müəllifi məhz bundan sonra Lənkəranskinin avtoritetinin artdığını qeyd edir.

“O kriminal aləmdə öz mandatını qazandı. Gizli əməlləri ilə Rusiyanın bütün tərəvəz bazarını nəzarətə götürdü. Bundan sonra onun düşmənləri artdı və kriminal müharibə başladı”, - deyə məqalədə bildirilir.

Rövşən Canıyevin uşaq illəri barədə də məlumat yayan sayt onun uşaq yaşlarından polis olmaq istədiyini bildirir:

“Atasının öz nüfuzundan istifadə edərək, sahibkarlardan istifadə etməsi onun da düşmənlərinin sayının artmasına gətirib çıxarıb. 1992-ci ildə muzdlu qatillərin ona qurduğu pusqu nəticəsində Rafiq Canıyev öldürülür. Rövşənin də kriminal həyatı bundan sonra başlayır”, - sayt yazır.

Atasının qisasını alan Rövşən daha sonra kriminal aləmə qoşularaq Rusiya bazarlarına çıxış əldə edir. Mirseymur Abdullayevin (“Seymur Nardaranlı”) idarə etdiyi azərbaycanlılardan ibarət cinayətkar qruplaşmaya cəlb olunan Lənkəranski gələcəkdə onun yerinə keçir və bazarlar uğrunda mübarizəyə başlayır:

“Rusiya bazarları uğrunda mübarizə Rövşənə çoxlu dostlar qazandırsa da, onun düşmənləri də azalmayıb. Həmin dövrün kriminal avtoritetlərindən olan “Ded Xasan”la qarşıdurmaları da bu səbəbdən baş verib. Daha sonra kriminal müharibəyə çevrilən bu münaqişə Rusiyanın bütün “qanuni oğruları”nı cəlb etdi”.

Sonda məqalədə qeyd edilir ki, Rövşən Canıyev 2016-cı ilin 18 avqustunda İstanbulda Barbados bulvarında maşınında güllələnərək öldürülüb, onun qətlinin sifarişçisi və təşkilatçılarının kimliyi hələ də sual altındadır.
XƏBƏR LENTİ
SORĞU