01 okt 12:42Sosial

Dini Komitənin şöbə müdirinə Prezident Administrasiyasında vəzifə verildi

Dini Komitənin şöbə müdirinə Prezident Administrasiyasında vəzifə verildi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov yeni vəzifəyə təyin edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov məlumat verib.

Onun sözlərinə görə, Əliheydər Zülfüqarov Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin edilib.
XƏBƏR LENTİ
SORĞU