23 sen 15:42Sosial

Bakı İslam universiteti bağlanır? - Builki qəbul ləğv edilir

Bakı İslam universiteti bağlanır? - Builki qəbul ləğv edilirBakı İslam Universiteti bu il ora qəbul olunan tələbələri qəbul etməyəcək.

Bu barədə Avrasiya.net-ə həmin universitetə test üsulu və müsabiqə ilə dinşünaslıq fakültəsinə qəbul olunan tələbələrdən biri Amil İbişov bildirib.

Onun məlumatına görə, həm universitetdən, həm də DİM-dən zəng edib bildirilib ki, bu il universitetə qəbul olan tələbələr təhsil ala bilməyəcəklər, qəbul dayandırılıb: "Oktyabrda dərsə gedəcəkdik, dedilər ki, gəlməyin. Sabah saat 3-də DIM-'ə gəlin başqa özəl universitetlərindən birini seçin".

Tələbənin dediyinə görə, səbəb izah edilməyib, bu il İslam universitetinə qəbul olunanlar çox güman ki, başqa təhsil ocaqlarına köçürüləcəklər və yaxud da universiyey bağlanacaq.

İstirahət günü olduğundan universitetlə əlaqə saxlayıb məlumatı dəqiqləşdirə bilmədik.

Mövzunu diqqətdə saxlayacağıq.
XƏBƏR LENTİ
Dünən, 15:14
Dünən, 13:44
SORĞU