20 sen 12:21Sosial

Eldar Əzizov Rasim Quliyevi Bakı Meriyasının Aparat rəhbəri vəzifəsindən çıxardı

Eldar Əzizov Rasim Quliyevi Bakı Meriyasının Aparat rəhbəri vəzifəsindən çıxardı Bakı şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyevin tutduğu vəzifədən azad edilib.

Modern.az saytı sosial şəbəkələrdə yayılan xəbəri dədiqləşdirmək üçün Bakı şəhər İcra Hakimiyyətinin Aparatı ilə əlaqə saxlayıb. Meriyanın Apatatından xəbəri təsdiqləyiblər.

Deyiblər ki, Rasim Quliyev Aparat rəhbəri vəzifəsindən azad edilib, amma Meriyada başqa işə keçirilib. Rasim Quliyevin yeni vəzifəsi barədə isə açıqlama verilməyib.

R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. “Səs” qəzetnin baş redaktor müavini və 30 saylı DSK-nın (Səbail) sədri olub. Daha sonra Bakı Meriyasının Aparat rəhbəri təyin edilib.
XƏBƏR LENTİ
26-05-2020, 14:55
SORĞU