13 sen 11:22Sosial

İcra başçısı daha bir məmuru işdən çıxartdı

İcra başçısı daha bir məmuru işdən çıxartdı Binəqədi Rayon İcra İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbad İbrahimov vəzifəsindən azad olunub.

Modern.az xəbər verir ki, bununla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bir neçə gün bundən əvvəl əmr imzalayıb.

Həmin vəzifəyə təyinat olmayıb.

Xatırladaq ki, iyunun 6-da prezident İlham Əliyevin sərəncamı ilə Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. E.Allahverdiyevdən öncə icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov idi.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.