07 avq 13:53Sosial

Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti avqustin 9-11-də gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Departamentindən Avrasiya.net-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 9-u gündüzdən 11-i axşamadək şimal-qərb küləyinin arabir güclü olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Avqustun 8-i axşam şimal və qərb rayonlarından başlayaraq avqustun 12-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
loading...
XƏBƏR LENTİ
SORĞU