26 iyl 18:08Sosial

Federasiya prezidenti nazirliyin əməkdaşlarını təbrik edib

Federasiya prezidenti nazirliyin əməkdaşlarını təbrik edibBu gün Gənclər və İdman nazirliyinin yaranmasından 24 il ötür.

Bu gün Gənclər və İdman nazirliyinin yaranmasından 24 il ötür. Geriyə dönüb son illərə nəzər saldıqda çox qürur verici tarixləri yada saldıqca gəncliyimiz ilə qürur duyuruq.

Avrasiya Kombat Ciu-Citsu federasiyasının prezidenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru, içtimai xadim Aqil Acalov Gənclər və İdman nazirliyinin yaranmasının ildönümü ilə bağlı bildirib ki;

“Əsası Ulu öndər Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb. Dövlət gənclər siyasəti Azərbaycan Respublikasının fəaliyyətinin mühüm istiqamətidir və dövlət hakimiyyəti orqanları tərəfindən həyata keçirilən bu siyasət böyüməkdə olan nəslin hərtərəfli inkişafı, bütün cəmiyyətin mənafeyi naminə gənclərin potensialından daha dolğun istifadə edilməsi üçün sosial-iqtisadi, siyasi-hüquqi, təşkilati şərait və təminatlar yaratmaq məqsədi güdür. Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. 1994-cü il iyulun 24-də Gənclər və İdman Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan verdi. Daha sonra isə 1995-ci ildə isə Gənclər və İdman Nazirliyi Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1997-ci il tarixində forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Ümummilli lider Heydər Əliyev "2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Bu gün sürətlə inkişaf edən Azərbaycanda kifayət qədər savadlı gənclik yetişməkdədir biz bu gün hər sahədə gənclər görürük bu həmdə yetişməkdə olan gəncliyimiz üçün örnəkdir.

Eyni zamanda xüsusilə bildirim ki, idman sahəsində ölkəmizdə görülən tədbirlər, gənclərimizin səmərəli vaxtlarını idmana ayırması, bu yöndə olan diqqəti göz önünə sərgiləyir. 1997-ci ildən, həm də Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır. 2015-ci ildə tarixdə ilk dəfə Avropa Oyunlarının Azərbaycanda keçirilməsi elə həmin il şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Şahmat Olimpiadasının Bakıda keçirmək hüququnu əldə edilməsi və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi dünya idman ictimaiyyətinin ölkəmizə marağının artmasından irəli gəlir“.

Sonda Azərbaycan Respublikası Gənclər və İdman Naziri cənab Azad Rəhimov başda olmaqla nazirliyin bütün əməkdaşlarını təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayıram.
XƏBƏR LENTİ
SORĞU