25 iyl 15:53Sosial

YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin iclası keçirilib

YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin iclası keçirilib25 iyul 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin 2018-ci ilin I yarımilliyinin yekunlarına həsr olunmuş iclası keçirildi.

İclası giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Elturan Həşimov gündəlikdə duran məsələləri iclas iştirakçılarının nəzərinə çatdıraraq qeyd etdi ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uğurla davam etdirilən siyasət nəticəsində sağlam və vətənpərvər ruhda yetişən Azərbaycan gəncləri milli-mənəvi dəyərlərin qorunmasında, gənclərin bilik və bacarıqlarının artırılmasında əhəmiyyətli rol oynayır və hər zaman bir yumruq kimi Ali Baş Komandanın əmri ilə birləşməyə və düşməni məhv etməyə hazırdırlar.
YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin iclası keçirilib
Daha sonra YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin fəalı Günel Məmmədova 2018-ci ilin I yarımilliyinin yekunlarına dair hesabat məruzəsinə münasibət bildirərək qeyd etdi ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. O, həmişə gənclərimizə böyük ümidlər bəsləyib, onları Azərbaycanın gələcəyi adlandırıb və dəfələrlə qeyd edib ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir və Azərbaycan gəncliyinin sabahına daha böyük nikbinliklə, inamla baxmağa əsas verir. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Daha sonra Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Ləman Qaracayeva nitqində bildirdi ki, bu gün cənab Prezident tərəfindən həyata keçirilən gənclər siyasəti yeni mərhələsini yaşayır. Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati – hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib.

Yekunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədr müavini Əli Kərimov Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri olan gənclər siyasətinə qısa nəzər salaraq bildirdi ki, gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir.Bu gün inkişaf edən, bütün istiqamətlərdə davamlı olaraq gücünü artıran dövlətimizin qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün çox önəmlidir. Çünki ölkə prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət birbaşa vətəndaşın sosial rifahına yönəlib. Sonda sədr müavini bütün gənclərə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı.

Hesabat məruzəsi səsə qoyularaq qəbul edildikdən sonra gündəlikdə duran digər məsələlər ətrafında müzakirələr aparılaraq müvafiq qərarlar qəbul edildi.
XƏBƏR LENTİ
26-05-2020, 14:55
26-05-2020, 11:23
SORĞU