23 iyl 11:31Sosial

Şuranın dəstəyi ilə gənclərə insan alveri haqda malumat verilib

Şuranın dəstəyi ilə gənclərə insan alveri haqda malumat verilib “Sivilizasiya” Monitorinq və Araşdırmalar İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “İnsan alveri haqqında məlumatlılığın artırılması və bu prosesin qurbanlarına hüquqi yardımın göstərilməsi” layihəsi çərçivəsinə kütləvi tədbirlər keçirilib.

Layihənin məqsədi yeniyetmə və gənclər arasında maarifləndirici tədbirlər təşkil etmək vasitəsilə onlara insan alveri haqqında bilgilər vermək, qurbanlara yardımı gücləndirmək, potensial qurbanları maarifləndirmək yolu ilə bu sahədə mövcud olan boşluğu doldurmaqdan, bu yolla gələcəkdə insan alveri hallarının qarşısını almaqdan və ya həmin halları azaltmaqdan ibarət olub.

Layihə çərçivəsində Bakı şəhəri, Yasamal rayonunda fəaliyyət göstərən 286 nömrəli məktəbdə baş tutan kütləvi tədbirlərdə yeniyetmə və gənclərə insan alverinin nə olması, bu alverin qurbanı olarkən hansı dövlət qurumlarına müraciət edilməsi və digər zəruri məlumatlar verilib. “Sivilizasiya” Monitorinq və Araşdırmalar İctimai Birliyinin nümayəndəsi və digərləri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına mühüm layihəyə dəstək verdiklərinə görə minnətdarlıq ifadə ediblər.

Sonda tədbir iştirakçılarının iştirakı ilə aksiya keçirilib, onlara layihə çərçivəsində hazırlanmış materiallar və köynəklər paylanıb.
XƏBƏR LENTİ
SORĞU