20 iyl 15:09Sosial

Şuranın dəstəklədiyi “Ətraf mühiti qoruyaq” layihəsi başa çatdı

Şuranın dəstəklədiyi “Ətraf mühiti qoruyaq” layihəsi başa çatdı“Resurs” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ətraf mühiti qoruyaq mövzusunda ekoloji maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsinə kütləvi tədbirlər keçirilib.

Layihə yeniyetmə və gənclər arasında maarifləndirici tədbirlər və iməciliklər təşkil etmək vasitəsilə onlarda ekoloji mədəniyyətin formalaşdırlıması məqsədini daşıyıb. Bakı şəhəri, Yasamal rayonunda fəaliyyət göstərən 286 nömrəli məktəbdə baş tutan tədbirlərdə yeniyetmə və gənclərə ekologiya, ətraf mühit haqqında geniş məlumatlar verilib, ekoloji problemlərin aradan qaldırılması və ətraf mühitin qorunmasının faydası haqqında onlara bilgilər verilib. Çıxış edən “Resurs” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdizadə aktual layihəyə dəstək verdiyi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə təşəkkürünü bildirib, layihənin əhəmiyyəti barədə iştirakçılara məlumat verib.

BMT-nin qərarı ilə qeyd edilən “Ümumdünya Ətraf Mühit Günü” münasibətilə məktəbin həyətində kütləvi aksiya keçirilib, həmçinin layıhədə nəzərdə tutulduğu kimi, iməcilik təşkil edilib. Hər tədbirin sonunda iştirakçılar üçün çay süfrəsi təşkil edilib, onlara layihə çərçivəsində hazırlanmış materiallar və köynəklər paylanıb.
XƏBƏR LENTİ
SORĞU