21 iyl 10:47Sosial

Bakıda Beynəlxalq Media Forumu başladı

Bakıda Beynəlxalq Media Forumu başladıBu gün Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistlər Assosasiyası, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda Beynəlxaq Media Forumu öz işinə başlayıb.

"Qafqaz Bakı” hotelində keçirilən tədbirə Türkiyə, Avropa və Azərbaycanın millət vəkilləri, jurnalistlər, köşə yazarları və QHT sədrləri iştirak edir. Türkiyədən 40 nüfuzlu televiziya, qəzet və internet media təmsilçisi də bu Forumda iştirak üçün paytaxtımıza gəliblər.

Ötən gün forumun iştirakçı heyətini Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Əli Həsənov qəbul edib.

Azərbaycan Respublikası Prezident Adminstrasiyasının səlahiyyətli nümayəndəsinin, Türkiyənin ölkəmizdəki səfiri Ərkan Özoralın, Mətbuat Şurasının sədri Əflatun Amaşovun, Avrasiya Jurnalistlər Dərnəyinin qurucu sədri Murad Palavar və digər nüfuzlu qonaqların açılışında iştirak edəcəyi Beynəlxalq Media Forumunda Türkiyə-Azərbaycan strateji əməkdaşlığının media sferası barədə də geniş müzakirələr aparılacaq.

Beynəlxalq Media Forumunun panellərində “Axşam” qəzetindən Emin Bazarcı, “Kanal 7″dən Məhmət Acet, İbrahim Ərdoğan, “İnternet Xəbər”dən Hadi Özişıq, “Hürriyət” qəzetindən Dəniz Zeyrək, “Akit” qəzetindən Hacı Yakışıklı, “Ölkə TV”dən Həsən Öztürk, “Kanal 24″dən Məlik İgidəl, “Milad” qəzetindən Bayram Zilan, Makedoniyadan Seyhan Yakupi və Azərbaycandan millət vəkili Hikmət Babaoğlu ilə araşdırmaçı-yazar Aqil Ələsgər çıxış edəcəklər.

Qeyd edək ki, Beynəlxalq Media Forumunun Azərbaycan proqramı 20-22 iyul tarixlərini əhatə edəcək.
XƏBƏR LENTİ
SORĞU