13 iyl 18:24Sosial

13 yaşlı qızın üzünü görmədiyi atasına məktubu - “Niyə məni qoyub getdin?”

13 yaşlı qızın üzünü görmədiyi atasına məktubu - “Niyə məni qoyub getdin?”Valideynləri tərəfindən uşaq evinə atılan 13 yaşlı qız atasına məktub yazıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akifli məlumat verib. O, bildirib ki, qız məktubu yazandan sonra cırıb, lakin onu atmağa əli gəlməyib:

“Səni tanımaq istəyirdim. Ən çox sevdiyin rəng, yemək, xoşlamadığın şeyləri bilmək istəyirdim. Səni yaxından tanımaq, sənin haqda çox şey bilmək istəyirəm. Əsas da bir şey: niyə məni, anamı qoyub getdin? İndiki uşaqlarından nə fərqim var? Neyləmişdim sənə? 12 ildir ki, səni görmürəm. Sadəcə bir dəfə gördüm. Kaş görməzdim. Çünki tək səni yox, uşaqlarını və arvadını gördüm. Kaş görməyəydim. Bəzən heç yadıma düşmürsən. Bəzən sənin üçün çox darıxıram. Amma bunu bil ki, səni heç vaxt bağışlamayacağam, ata...”
loading...
XƏBƏR LENTİ
SORĞU