13 iyl 11:15Sosial

Azərbaycanda bu adamların pensiyası kəsildi

Azərbaycanda bu adamların pensiyası kəsildiNazirlik saxta sənədlərlə pensiya alanların ödənişlərini dayandırıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə may ayının əvvəlində nazirlikdə yaradılmış İşçi Qrupu tərəfindən aparılan araşdırmaların ilkin nəticələrinə əsasən, birinci rübdə risk qrupu xəstəlikləri ilə əlaqədar yalnış əlillik təyinatları barədə qərarlar dərhal ləğv edilib. Bu şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb və onlara ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün təxirəsalınmaz tədbirlər görülüb.

Nazir bildirib ki, araşdırmalar davam etdirilir və İşçi Qrupu artıq ikinci rüb üzrə aparılmış əlillik təyinatları üzrə araşdırmaya başlayıb.

S.babayevin keçirdiyi iclasda əlilliyin təyin olunması sahəsində şəffaflığın təmin edilməsi, saxta əlillik təyinatlarının qarşısının alınması, sistemin təkmil əsaslarla qurulması üçün inzibati və sistem xarakterli tədbirlər üzrə görülmüş işlər, hazırlanmış təkliflər ətraflı müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
XƏBƏR LENTİ
SORĞU