28 iyn 17:08Sosial

İcra başçısının oğlu 1 milyon manata obyekt aldı - Sabiq nazirin dayısı oğlu biznesini böyüdür + FOTO

İcra başçısının oğlu 1 milyon manata obyekt aldı - Sabiq nazirin dayısı oğlu biznesini böyüdür + FOTOAğsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin oğlu 1 milyon manat dəyərində obyekt alıb.

İcra başçısının oğlu Dəyanət Seyidəliyev paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki "Bellezza" gözəllik mərkəzini istifadəyə verib.

Bundan əlavə icra başçısının oğlu yeni yaşayış binasının 1 və 2-ci mərtəbələrini əhatə edən gözəllik mərkəzinin təmirinə və oradakı avadanlıqlara yüz min manatlarla vəsait xərclədiyi bildirilir.

Qeyd edək ki, Dəyanət Seyidəliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sədrin müşaviri vəzifəsində çalışır/unikal.org

Onu da qeyd edək ki, D.Seyidəliyev həm də sabiq nazir Səlim Müslümovun dayısı oğludur.
İcra başçısının oğlu 1 milyon manata obyekt aldı - Sabiq nazirin dayısı oğlu biznesini böyüdür + FOTO
XƏBƏR LENTİ
SORĞU