25 iyn 18:08Sosial

100 yaşın mübarək, Azərbaycan Ordusu!

100 yaşın mübarək, Azərbaycan Ordusu!“Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən də uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaradılıb”.

Bunu açıqlamasında Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri İlham Əliyev deyib. Onun sözlərinə görə, məhz bu ordu qısa müddətdə hərb tariximizə aprel zəfəri kimi yazılan 2016-cı il aprel döyüşlərini yazdı, daha sonra Şərur raonun Günnüt kəndi də daxil olmaqla 11 min hektar ərazinin düşməndən təmizlənməsi ilə zəfərlərinin davamılı olacağını nümayiş erdirdi: “Sabah və ya birisi gün ... işğal altında olan digər torpaqlarımızda azad ediləcək və qaşqın və məçburi köçkünlərimiz öz doğma yurdlarına qayıdacaqlar. Prezident İlham Əliyevin gördüyü xeyirli, gərəkli işlər, dediyi tarixi kəlamlarda hər bir azərbaycan vətəndaşında qələbəyə inam və əminlik yaradır. Ali Baş Komandan İlham Əliyevin aprel döyüşləri zamanı dediyi - aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın ordumuzun gücünü göstərən qələbədir- tarixi kəlamı qələbənin heçdə uzaqda olmadığına əminlik yaradır.100 yaşın mübarək Azərbaycan Ordusu. Gün o gün olsun növbəti hərbi paradı Şuşada, Laçında, Ağdamda, Zəngilanda, Xankəndində və digər işğal altında olan ərazilərimizdə keçirilsin”.
XƏBƏR LENTİ
Dünən, 14:59
SORĞU