12 iyn 14:53Sosial

"15 iyun 1993-cü il Azərbaycanda inkişafın başlanğıcıdır" adlı tədbir keçirilib

"15 iyun 1993-cü il Azərbaycanda inkişafın başlanğıcıdır" adlı tədbir keçirilibBu gün Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qadınlar ŞurasıHeydər Əliyevin hakimiyyətə qayıdışının 25-ci ildönümünə həsr olunmuş "15 iyun 1993-cü il Azərbaycanda inkişafın başlanğıcıdır" adlı tədbir keçirib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

"15 iyun 1993-cü il Azərbaycanda inkişafın başlanğıcıdır" adlı tədbir keçirilibTədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığını görən xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Heydər Əliyevin Azərbaycanda yenidən böyük siyasətə qayıtdığını və bu qayıdışın ümid və sevinclə qarşılandığını, həmin günün isə Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazıldığını qeyd edib. Kəmalə Mustafayeva qısa bir zamanda iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyevin respublikanın davamlı inkişafı istiqamətində islahatlar həyata keçirdiyini və ulu öndərin müəyyənləşdirdiyi milli inkişaf kursunun cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə böyük inamla, əzmkarlıqla davam etdirildiyini, Azərbaycanın bu gün dünya birliyində özünə layiqli yer tutduğunu və iqtisadiyyatın artım tempinə görə dünyada lider mövqedə dayandığını, Azərbaycan xalqının öz xilaskarının xidmətlərini unutmadığını və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd etdiyini söyləyib.

Sonra 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş olunub.
"15 iyun 1993-cü il Azərbaycanda inkişafın başlanğıcıdır" adlı tədbir keçirilib
Tədbirdə çıxış edən digər natiqlər Milli Qurtuluş Gününün Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan ümumxalq bayramına çevrildiyini, 15 iyunun Azərbaycan xalqının öz taleyini həll etdiyi gün olduğunu vurğulamışlar.Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin məhz ulu öndərin adı ilə bağlı olduğunu, ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətləri, müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi, dövlət quruculuğu sahəsindəki titanik fəaliyyətini bir daha təhlil etmişlər.
"15 iyun 1993-cü il Azərbaycanda inkişafın başlanğıcıdır" adlı tədbir keçirilib
Tədbirin sonunda Pirallahı rayonunda fəaliyyət göstərən 186 saylı orta məktəbin şagirdlərinin ifasında Heydər Əliyevə həsr olunmuş şeirlərdən ibarət kompozisiya səsləndirildi.
loading...
XƏBƏR LENTİ
Dünən, 09:02
SORĞU