12 iyn 14:43Sosial

Balaca istedadların ifası - Xırdalanda qeyri-adi əlifba bayramı

Balaca istedadların ifası - Xırdalanda qeyri-adi əlifba bayramı Bayramımız mübarək,
Əlifba bayramımız.
Nə yaxşı öyrəndik biz,
Əlifbanı hamımız.

“Əlifbasız” bilik yox şüarı ilə başlayan bu şeir Xırdalan şəhər 10 nömrəli tam orta məktəbində, məktəblilərin sevimli müəlliminə çevrilən Əliyeva Hədiyyənin rəhbərlik etdiyi birincilərin Əlifba bayramı ilə bağlı tədbirdə səsləndirilib.

Avrasiya.net xəbər verir ki, təhsil müəssisəsinin müəllim və şagird kollektivi ilə yanaşı, valideynlərin, Abşeron rayon Təhsil Şöbəsi əməkdaşlarının da iştirak etdiyi bayram tədbiri qeyri-adiliyi, orijinallığı ilə seçilib.
Balaca istedadların ifası - Xırdalanda qeyri-adi əlifba bayramı
Məsələ burasəndadır ki, tədbir bütünlüklə birinci sinfin şagirdləri tərəfindən təşkil edilmişdi. Azərbaycanın Dövlət Himninin məhz onların canlı ifasında səsləndirilməsindən sonra tədbir birincilərin vətənpərvərlik ruhlu şeir parçaları və mahnı ifaları ilə davam etdirilib. Dərs ilində aldıqları bilik və bacarıqları nümayiş etdirən balaca istedadlar Vətənə, əlifbaya, onları təhsilə hazırlayan ilk, sevimli müəllimələrinə aid şeirlər söyləyiblər. 1 D sinfinin şagirdləri həmçinin əsası olan hərflərlə, rəqəmlərlə, nağıllarla bağlı bir-birindən maraqlı səhnəciklər nümayiş etdirərək bacarıqlarını nümayiş etdiriblər.

Alqışlarla qarşılanan milli, şərq rəqsləri şagirdlərin yalnız gözəl biliyə deyil, həm də tədricən ayrı-ayrı incəsənət növlərinə yiyələndiklərini sübut edib. Bir-birindən rəngarən, yaddaqalan musiqi nömrələri məlahətli səsə malik birincilərin Əlifba bayramına yeni çalarlar bəxş edib. Demək olar hər bir şagirdin çıxışı tədbir iştirakçılarının – müəllimlərin, valideynlərin, Abşeron rayon Təhsil Şöbəsi əməkdaşlarının marağı ilə qarşılanıb.
Məşhur “Arşın mal alan”dan parça, anaya, Vətənə auid şeirlər birincilərin vətənpərvərliyə kökləndiklərini göstərirdi.
Balaca istedadların ifası - Xırdalanda qeyri-adi əlifba bayramı
Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin direktoru Elnarə Həsənova birinciləri əlifba bayramı, ilk təhsil ilinin başa çatması münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb. Abşeron rayon Təhsil Şöbəsinin əməkdaşı Sevil Əliyeva da öz növbəsində 1 D sinfinin şagirdlərini Əlifba bayramı münasibətilə təbrik edib.

Birincilərə gələcək təhsil illərində uğurlar diləyən S.Əliyeva onlara hər zaman belə fəal və bilikli olmağı arzu edib.

Tədbirdə qeyd edilib ki, Xırdalan şəhər 10 nömrəli tam orta məktəbi gənc təhsil ocağı olmasına baxmayaraq tədrisin keyfiyyəti – istedadlı şagirdlər yetirməsi ilə seçilir. Təsadüfi deyil ki, məktəbdə təşkil edilən hər bir mərasim, tədbir qeyri-adiliyi ilə seçilir.

Buna məktəbin müəllim və şagird kollektivi ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar məktəbin həyətində keçirdiyi ağacəkmə və güləkmə aksiyasını, “İnsan hüquqları aylığı” çərçivəsində, Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyi ilə bağlı bir-birindən maraqlı tədbirləri misal göstərmək olar.
Qeyd edək ki, 1 D sinfinin şagirdləri arasında istedadlı, bilikli şagirdlər üstünlük təşkil edir.
Balaca istedadların ifası - Xırdalanda qeyri-adi əlifba bayramı
Anar Tağıyev
XƏBƏR LENTİ
SORĞU