07 iyn 10:38Sosial

Kəşfiyyatçının anım günü qeyd edilib

Kəşfiyyatçının anım günü qeyd edilib“Azərbaycan bayrağı” ordenli kəşfiyyatçı Ülfət Kərimovun anım günü qeyd edilib.

İyunun 5-də Azərbaycan Hərb Tarixi Muzeyində “Azərbaycan bayrağı” ordenli kəşfiyyatçı Ülfət Kərimovun anım gününə həsr olunmuş “El qəhrəmanı” adlı anım tədbiri keçirilmişdir.

Tədbirdə Müdafiə Nazirliyinin idarə və müəəssisələri, hərbi məktəblər və hərbi hissələr, Respublika Veteran Təşkilatları, ictimaiyyət nümayəndələri, müharibə veteranları, Kəlbəcərlilər, həmçinin kəşfiyyatçı Ülfət Kərimovun ailə üzvləri və döyüş yoldaşları iştirak etmişdir.

Tədbirdə Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin və 701 saylı hərbi hissənin veteranlar Şurasının sədri, “Qırmızı ulduz” ordenli, e.o.polkovnik Əzizağa Qəni-zadənin, Kəlbəcər rayon Veteranlar Şurasının sədri, II qrup Qarabağ əlili, tədbirin təşəbbüskarı Ramiz Əliyevin, Ülfət Kərimov haqqında yazılmış kitabın müəllifi Əli Abdullayevin və qəhrəman haqqında çəkilmiş sənədli filmin müəllifi 1992-1998-ci illərdə Müdafiə Nazirliyinin Hərbi Studiyasının bədii rəhbəri vəzifəsində çalışmış, hərbi repartyor, II qrup Qarabağ əlili e.o.kapitan Nizami Abbasın, Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədri e.o.polkovnik-leytenant Füzuli Rzaquliyevin, qardaşı və döyüş yoldaşı Zöhrab Kərimovun, bacısı e.o gizir Xuraman xanım Kərimovanın qəhrəmanın həyatı və döyüş yolu ilə bağlı məruzə, çıxış və döyüş xatirələri dinlənilmiş, ümumilikdə 1992-1993-cü illərdə regionda hərbi-siyasi vəziyyət, 1993-cü ilin yazında Kəlbəcərdə baş vermiş hadisələr xatırlanmış, rayonun düşməndən müdafiəsi zamanı aparılan döyüşlər təhlil olunmuş, Ülfət Kərimov haqqında çəkilmiş sənədli film və sərgi nümayiş olunmuşdur.
Anım tədbiri Kəlbəcər məktəblilərinin kəşfiyyatçı Ülfət Kərimova həsr edilmiş şeir kompozisiyası ilə davam etdirilmişdir.
Kəşfiyyatçının anım günü qeyd edilib
Kəşfiyyatçının anım günü qeyd edilib
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.