04 iyn 11:17Sosial

"ALDP kuboku" uğrunda yarışlar keçiriləcək

"ALDP kuboku" uğrunda yarışlar keçiriləcək Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda partiyanın fəaliyyəti müzakirə olunub. ALDP sədri partiyanın son 8 ayda fəaliyyətinə qısa ekskurs edib.

Partiya sədri qeyd edib ki, keçən il sentyabr ayından bu vaxtadək - 8 ay ərzində 40-dan çox müxtəlif tədbir keçirilib: “Son tədbirimiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Bakıda və regionlarda Bayraq aksiyasının keçirilməsi oldu. Aksiya çərçivəsində əhaliyə 3500 bayraq paylanıb, cümhuriyyətin yaradılması və mövcud olduğu 24 ay ərzindəki fəaliyyəti, iqtisadi və siyasi sahədə əldə etdiyi uğurlar qısa olaraq əhaliyə çatdırılıb. Hesab edirəm ki, bu aksiyamız çox uğurlu olmaqla yanaşı, əhali tərəfindən də rəğbətlə qarşılanıb”.

Sonra partiyanın yaranmasının 20 illiyi və yay mövsumu ilə bağlı tədbirlər proqramı müzakirə olunub.

“Yay mövsümünü nəzərə alaraq sentyabrın 15-nə qədər tətilə çıxmağı təklif edirəm. Amma buna baxmayaraq biz partiyanın yaranmasının 20 illiyi ilə bağlı nəzərdə tutulan tədbirləri keçirəcəyik. Biz partiya üzvləri arasında “ALDP Kuboku” uğrunda nərd, futbol və şahmat yarışlarının keçirilməsini nəzərdə tutmuşuq. Yarışlarda ALDP-nin bütün rayon təşkilatları da iştirak edəcəklər. Ona görə də tətilə çıxmağımıza baxmayaraq, yay ayları bu idman yarışlarını keçirməklə həm də mənəvi bir istirahət təşkil edəcəyik”- Fuad Əliyev qeyd edib.

Daha sonra ALDP Gənclər Təşkilatının (GT) sədri Murad Əliyev hərbi xidmətə gedəcəyinə görə sədrlik müvəqqəti olaraq ALDP GT-nin sədr müavini Ülvi Əfqanlıya həvalə olunub.

Tədbir iştrakçıları Murad Əliyevin 3 illik fəaliyyətini müsbət qiymətləndirərək ona hərbi xidmət dövründə uğurlar arzulayıblar.

Qeyd edək ki, ALDP 30 yanvar 1999-cu ildə yaranıb.
loading...
XƏBƏR LENTİ
Bu gün, 10:44
SORĞU