31 may 19:52Sosial

Deputat oğlu necə aldandı - Təfərrüat

Deputat oğlu necə aldandı - TəfərrüatBakıda biznes qurmaq adı ilə külli miqdarda dələduzluq etməkdə təqsirli bilinən Elnur İbrahimovun törətdiyi cinayətlərin təfərrüatı məlum olub.

Axar.az xəbər verir ki, Elnur İbrahimov özgə əmlakının etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən ofis ləvazimatları və kartricləri gətirərək, satmağı, satışdan əldə olunan gəlirdən qazanc verəcəyi ilə tanışı Həbib Axundovu aldadıb.

Elnur İbrahimov Həbib Axundovdan 2012-ci ilin avqustundan 2013-cü ilin iyulun 28-dək olan müddətdə, müxtəlif vaxtlarda 125000 manat alıb. Həmin pulun 80000 manatını müxtəlif vaxtlarda hissə-hissə olmaqla qazanc adı ilə qaytarıb.

Elnur İbrahimov 28 iyul 2013-cü ildə bank hesabında 3000000 manat pulu olması, lakin vergi borcu olduğu üçün hesabından pulu çıxara bilməməsi, vergi borcunun ödənilməsi üçün ona pul lazım olması ilə aldadaraq Yasamal rayonunda yerləşən “Flame” çay evində Həbib Axundovdan 10000 manat alıb, ümumilikdə ona 55000 manat ziyan vurub.

Bundan başqa, Elnur İbrahimov təkrarən Dubay şəhərindən ofis ləvazimatları gətirmək adı ilə Həbib Axundovu aldadıb, 2012-ci ilin sentyabrından 2013-cü ilin iyulun 28-dək olan müddətdə, müxtəlif vaxtlarda Həbib Axundovun tanışı Fərman Məmmədovdan ümumilikdə 435000 manat alıb.

O, 2013-cü ilin iyununda Fərman Məmmədova eyni vədlər verib, 100000 manat alıb.

Daha sonra Elnur İbrahimov bank hesabında 300000 manat olduğunu, amma vergi borcu olduğu üçün həmin pulu çıxara bilməməsi adı ilə Fərman Məmmədovu aldadıb, ondan 40000 manat alıb.

Elnur İbrahimov həmin pulun 225000 manat hissəsinin müxtəlif vaxtlarda qazanc qazanc adı ilə qaytarıb, 350000 manatı isə öz xeyrinə yönətlməklə zərərçəkmişə qarşı dələduzluq edib.

Bundan başqa, Elnur İbrahimov Dubay şəhərindən ofis ləvazimatları gətirmək adı ilə daha bir neçə nəfərə qarşı dələduzluq edib, onların külli miqdarda pullarını ələ keçirib.

Elnur İbrahimovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baxılır.

Elnur İbrahimov Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilir.

İttiham aktına görə, Elnur İbrahimov ümumilikdə 1 milyon manata yaxın zərərçəkmişlərə ziyan vurub.

Cinayət işində 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, cinayət işində adı keçən Həbib Axundov və onun dostu Fərman Məmmədov bizneslə məşğul olan şəxslərdir.
loading...
XƏBƏR LENTİ
Bu gün, 10:44
SORĞU