30 may 03:01Sosial

Kompüter istifadəçilərinin diqqətinə - Şəxsi məlumatları oğurlayan virus yayılır (Video)

Kompüter istifadəçilərinin diqqətinə - Şəxsi məlumatları oğurlayan virus yayılır (Video)VPN filter adlı yeni virus dünyada yeni təhdidə çevrilib. Belə ki, bu virus komputerlərə yox şəbəkəyə yoluxur və internetlə bağlantını dərhal kəsərək istifadəçinin bütün məlumatlarını oğurlayır. Elektron təhlükəsizlik xidməti bu virusa yoluxmamaq üçün komputer istifadəçilərinə tövsiyyələr verib.

Avrasiya.net Xəzərxəbər-ə istinadən xəbər verir ki, İnternetə girişi bloklayır, komputerlərdəki şəxsi məlumatları oğurlayır.

Birləşmiş Ştatların "Cisco Systems" telekommunikasiya şirkəti 50-dən çox ölkədə yarım milyona yaxın kompüterin yeni təhlükəli virusa yoluxduğunu xəbərdar edib.

Şirkətin hesabatına görə, şərti olaraq "VPN Filter" adı verilmiş virus əsasən şəbəkə qurğularını, o cümlədən, modemləri, routerləri, həmçinin yaddaş qurğularını sıradan çıxarır. Virusla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti kompüter istifadəçilərinə tövsiyələr verib.

Zərərli proqram təminatı eyni zamanda saytlar haqqında məlumatları da oğurlaya bilir. Elektron Təhlükəsizlik Xidmətinin aparıcı mütəxəssisi Sevinc Heydərli bu virusa yoluxmamaq üçün şəbəkəyə qoşulan komputer istifadəçilərinə bəzi məqamlara diqqət etməyi tövsiyyə edir.

54 ölkədə qeydə alınan "VPN Filfter" hazırda daha çox Ukraynada aktiv şəkildə yayılır.

Mövzu ilə bağlı videomaterialı sizə təqdim edirik:
XƏBƏR LENTİ
SORĞU