26 may 17:32Sosial

Ordumuzun yaranmasının 100 illiyinə həsr olunmuş intellektual turnir keçirilib

Ordumuzun yaranmasının 100 illiyinə həsr olunmuş intellektual turnir keçirilibQuba rayonunda “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, Quba rayon Təhsil Şöbəsi və Quba rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə yeniyetmə və gənclərin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordunun 100 illik yubileyi ilə əlaqədar olaraq hərb tariximizin və qəhrəmanlarımızın təbliği məqsədlə Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə turnir keçirilb.

Açılış məqasimində çıxış edən layihənin rəhbəri Ramin Mahmudov tədbirin keçirilməsinin məqsədindən danışaraq bildirib ki, Azərbaycanın hərb tarixinin, onun zəngin təcrübəsinin, qəhrəmanlarımızın, ordu xadimlərimizin tanıdılması, eyni zamanda da Xalq Cümhuriyyətimizin və Milli Ordumuzun yaranmasının 100 illiyinin gənclər arasında təbliğ edilməsi layihənin əsas məqsədidir.

Layihə eyni zamanda “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi bəndinin icrasının da həyata keçirilməsinə dəstək vermək məqsədi daşıyır.

Rəsmi hissədən sonra turnirə start verilmişdir.

I Nügədi kənd 1 saylı tam orta məktəbini təmsil edən “600+” komandası 16 xalla turnirin qalibi adını qazanmışdır. Amsar kənd tam orta məktəbinin “Qarabağ” və şəhər 4 saylı məktəb-liseyin “Liderlər” komandası 13 xalla müvafiq olaraq ikinci və üçüncü yeri tutumuşlar.

İlk 3 yeri tutan komandalar Quba şəhərində keçiriləcək zona finalında iştirak etmək hüququ qazanmışlar.

Yekunda qalib və mükafatçılara layihə çərçivəsində kubok, medal, diplom və digər hədiyyələr təqdim edilmişdir.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə “Hərb tariximizin intellektual oyunlar vasitəsilə təbliği” layihəsi əsasında keçirilmişdir.
Ordumuzun yaranmasının 100 illiyinə həsr olunmuş intellektual turnir keçirilib
Ordumuzun yaranmasının 100 illiyinə həsr olunmuş intellektual turnir keçirilib
XƏBƏR LENTİ
SORĞU