19 may 10:33Sosial

Qadınları Dubayda cinsi istismara məruz qoyan insan alverçisinin məhkəməsi

Qadınları Dubayda cinsi istismara məruz qoyan insan alverçisinin məhkəməsiBakı Ağır Cinayətlər Məhkəməsində qadınları cinsi istismara məruz qoyan Şəmkir rayon sakininin məhkəməsi başlayıb.

“Ölkə.Az”ın xəbərinə görə, cinayət məcəlləsinin 144-1.2.5-ci (insan alveri; qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmə) maddəsi ilə təqsirli bilinən Bayramova Natəvan Ənvər qızının növbəti məhkəməsi may ayının 21-də hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək. Qeyd edək ki, cinayət işində bir neçə cinsi istismara məruz qalan zərərçəkən var.

Xatırladaq ki, mart ayının sonlarında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin yaydığı məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin insan alveri maddələri ilə 2017-ci ildən İnterpol kanalları ilə beynəlxalq axtarışda olan və barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış Şəmkir şəhər sakini, 1976-cı il təvəllüdlü Bayramova Nətavan Ənvər qızı saxlanılaraq istintaq orqanına təhvil verilib.
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU