14 may 11:14Sosial

Ramazan ayının nə vaxt başlayacağı müəyyənləşdi

Ramazan ayının nə vaxt başlayacağı müəyyənləşdiAzərbaycanda müsəlmanların müqəddəs Ramazan ayının 1-i mayın 17-nə təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bu, idarənin tərtib etdiyi təqvimdə əks olunub.

Təqvimə görə, Ramazan ayının son günü iyunun 14-ə təsadüf edir. Ramazan bayramı, Şəvval ayının 1-i və 2-si isə iyunun 15-16-a təsadüf edir.

Sabah QMİ-də Ramazan ayının başlanması ilə bağlı Qazilər Şurasının fətvası açıqlanacaq.
loading...
XƏBƏR LENTİ
SORĞU