11 may 09:54Sosial

Yeni nazirin 8 müşaviri olacaq

Yeni nazirin 8 müşaviri olacaqƏmək və əhalinin sosial müdafiəsi nazirinin müşavirləri postları təsis olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Report-a verilən məlumata görə, bununla bağlı yeni Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Belə ki, nazirin 8 müşaviri olacaq. Artıq bu yerlərin əksəriyyətinə təyinatlar olub. Təyin edilən şəxslər sosial sahəyə bağlı olmayan İqtisadiyyat Nazirliyində çalışmış şəxslərdi. Beləliklə yeni nazirin 4 müavini ilə yanaşı 8 müaşviri olacaq.

Qeyd edək ki, Əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin cəmi bir müşaviri olub.
XƏBƏR LENTİ
SORĞU