08 may 15:23Sosial

“İnsan Hüquqları və Maarifçilik” İctimai Birliyi yeni layihəyə başlayır

“İnsan Hüquqları və Maarifçilik” İctimai Birliyi yeni layihəyə başlayır Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnsan Hüquqları və Maarifçilik” İctimai Birliyi yeni layihəyə başlayır.

Avrasiya.net xəbər verir ki, “Sosial şəbəkələrdə milli maraqların effektiv təbliği üçün innovativ təşəbbüslərin həyata keçirilməsi” adlı layihə 3 ay müddətində keçiriləcək.

Layihənin məqsədi istifadəçilərə internet resurslarından istifadə zamanı hüquq və vəzifələrinin öyrədilməsi, yalan və ya böhtana, o cümlədən, digər qanunsuz hərəkətlərə görə cəzalar və onların tətbiqinin izahı, internet resurslarından daha səmərəli istifadə yolları ilə bağlı təkliflərin verilməsi, gənclərin imkan və bacarıqlarından istifadə etməklə, Qarabağ problemi, Xocalı soyqırımı, Şuşanın işğalı, erməni əsirliyində saxlanılan şəxslərlə bağlı məlumatların internetin imkanları vasitəsilə dünyaya çatıdırılmasının təbliği və gənclərin internet resurslarından daha səmərəli istifadəsinə nail olmaqdır.

Təşkilatın sədri və layihənin rəhbəri Rəfail Becanov bildirib ki, layihə üçün sosial şəbəkə istifadəçilərinin üstünlük təşkil etdiyi bölgələr - Sumqayıt, Quba, Xaçmaz regionları seçilib. Layihənin praktik hissəsi əsasən bu 3 regionda həyata keçiriləcək. Ümumi olaraq isə layihə sosial media vasitəsilə bütün Azərbaycanı əhatə edəcək. Layihə çərçivəsində Facebook sosial şəbəkəsində müzakirələr də keçiriləcək.
XƏBƏR LENTİ
Dünən, 08:10
20-09-2019, 14:39
20-09-2019, 14:21
SORĞU