05 may 14:51Sosial

Bank vətəndaşın evini əlindən alır

Bank vətəndaşın evini əlindən alır"TBC Kredit" bank olmayan kredit təşkilatına vətəndaş Ağarzayev Elnur Akif oğlu evin banka girov qoyaraq dollarla kredit götürüb.

Bu barədə politoloq Məhəmməd Əsədullazadə sosial səhifəsində yazıb.

O, qeyd edib ki, Ağarzayev Elnur Akif oğlu ailəlidir üç övladı var. Ölkədə məlum devalvasiyadan sonra vətəndaş kreditini bağlamaya bilmədiyinə görə "TBC Kredit" bank olmayan təşkilat məhkəmə hökmü ilə vətəndaşın evini satışa çıxarıb. Halbuki, məhkəmə qətnamə çıxarıb, hissə-hissə kreditin ödənilməsini həyata keçirə bilərdi. Vətəndaşı üç uşaqla evsiz qoymaq nə hüquqa, nə də mənəviyyata sığır. Yenədə qanunsuz məhkəmə qətnamələri, yenədə bankların vətəndaşlara qarşı qəddar əməlləri. Mən buradan ictimai insanlara, hüquqşunaslara müraciət edirəm, gəlin vətəndaşımımızn evinin əlindən alınmamasına kömək edək. Bu qanunsuzluğa yox deyək!

Sabah bu ailə harada yaşayacaq, necə olacaq? İntihara sürükləyəkmi bir ailə başçısını?!
Mən ailəni tanıyıram köməksiz bir ailədi. Kredit verən təşkilat borcunu dolların hazırkı məzənnəsi ilə tələb edib. Bizlər, bankların bu qanunsuz hərəkətlərinə qarşı mübarizə aparmalıyıq!

"TBC Kredit" bank olmayan kredit təşkilatının xeyrinə vətəndaşı evindən çıxartması üçün Nizami Rayon məhkəməsinin qərarı ölkə vətəndaşına qarşı ən böyük zərbədir.
XƏBƏR LENTİ
15-11-2019, 10:45
SORĞU