30 apr 11:53Sosial

ALDP: Mer seçkisi keçirilsin

ALDP: Mer seçkisi keçirilsin Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

İclasda ictimai-siyasi vəziyyət, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərinə hazırlıq və bəzi təşkilatı məsələlər müzakirə edilib.

İclasın əvvəlində 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror nəticəsində qətlə yetirilən tələbə və müəllimlərin xatirəsi anılıb.
Sonra iclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərin keçirilməsi üzrə Təşkilat Komitəsinin rəhbəri Füzuli Kərimov bildirib ki, aprelin 30-dan başlayaraq bir ay ərzində, mayın 28-nə qədər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri keçirilməsinə start veririk. Bütün təşkilatı məsələlər həll olunub və fəaliyyət planı üzrə keçiriləcək.

Daha sonra ALDP sədri Fuad Əliyev hakimiyyətin kadr deyişikliklərə toxunaraq Bakı şəhər merinin seçkisinin keşirilməsinin vacib olduğunu vurğuladı: “2008-ci ildə Azərbaycan Avropa Şurasına üzv olan digər ölkələr kimi paytaxt merinin seçkilər yolu ilə müəyyənləşməsi öhdəliyinə imza atıb. Bildiyimə görə, hələ də Bakı Avropa Şurasına üzv olan ölkələrin paytaxtları sırasında yeganə paytaxtdır ki, mer seçkisi keçirilməyib. Növbədənkənar prezident seçkiləri onu göstərdi ki, seçkilər istənilən vaxt keçirilə bilər. Ona görə də hesab edirəm ki, Vitse-prezidentlər təyin olunandan sonra, Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması və mer seçkisini keçirmək olar. Təklif edirəm ki, bununla bağlı təkliflərimizi müvafiq qanunun qəbul olunması üçün Milli Məclisə müraciət edək”.

ALDP sədri Fuad Əliyevin təklifi qəbul olundu və Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması və mer seçkisin keçirilməsilə bağlı təkliflər Milli Məclisə göndərildi.
loading...
XƏBƏR LENTİ
SORĞU