19 apr 14:20Sosial

Gerasimov Bakıya gəldi – Təcili

Gerasimov Bakıya gəldi – TəciliRusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıya səfər edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb. Gerasimov Bakıda NATO Birləşmiş Qoşunlarının baş komandanı Körtis Skaparotti ilə görüşəcək.

Görüşdə əsas müzakirənin NATO və Rusiyanın Avropadakı hərbi fəaliyyətləri, eləcə də Suriya məsələsi olacağı vurğulanıb.

Gerasimov Bakıda Prezident İlham Əliyevlə də görüşəcək.
loading...
XƏBƏR LENTİ
SORĞU