19 apr 10:44Sosial

Bu maşınların Bakıya girişi qadağan edilir - DYP-dən xəbərdarlıq

Bu maşınların Bakıya girişi qadağan edilir - DYP-dən xəbərdarlıq Məhdudiyyət aprelin 23-dən başalayır.

Bəzi avtomobillərin bakıaya girişi qadağan edilir. Avrasiya.net-in məlumatına görə, Baş Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxtda nəqliyyat sıxlığının azaldılması ilə əlaqədar məlumat yayıb.

Məhdudiyyət bir neçə gündən sonra başlayacaq növbəti "Formula-1" Azərbaycan Qran-prisi yarışları ilə əlaqədardır.

İdarədən verilən məlumata görə, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq 2015-ci ilin protokoluna uyğun olaraq Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədi ilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı şəhərində qeydiyyatda olmayan minik və yük avtomobillərinin paytaxta girişinə aprel ayının 23-dən məhdudiyyət tətbiq ediləcək.

Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda piyadaların və nəqliyyat vasitələrinin şəhər daxilində rahat və fasiləsiz hərəkətinin təşkili ilə bağlı paytaxta gəlmək istəyən rayon sakinlərinə tövsiyə edir ki, respublikanın digər regionlarında qeydiyyatında olan fərdi minik avtomobillərinin Bakı şəhərində əlavə nəqliyyat sıxlığı yaradacaqlarını nəzərə alaraq paytaxta gəlmək üçün müasir və komfortlu avtobuslardan, Sumqayıt sakinləri isə avtobuslarla yanaşı Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə etsinlər.
XƏBƏR LENTİ
SORĞU