10 apr 12:37Sosial

Mətbuat Şurası sabahkı seçkilərlə bağlı planları AÇIQLADI

Mətbuat Şurası sabahkı seçkilərlə bağlı planları AÇIQLADI“Azərbaycan mediası sabahkı prezident seçkilərini işıqlandımağa tam hazırdır. Əminəm ki, sabah seçki məntəqələri açılan zaman Azərbaycan jurnalistləri üzərilərinə düşən vəzifələri yetirməyə çalışacaqlar. Seçkiləri kifayət qədər əhatəli işıqlandıracaqlar. Topladıqları materialları çalışdıqları Kütləvi İnformasiya Vasitələrində (KİV) yerləşdirəcəklər. Bundan əlavə, dünyanın tanınmmış KİV-lərinin əməkdaşları da sabah Azərbaycanda keçiriləcək prezident seçkilərini işıqlandıracaqlar”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Mətbut Şurasının sədri Əflatun Amaşov deyib.

Mətbuat Şurasının sədri birmənalı olaraq bildirib ki, jurnalistlər seçkilərin işıqlandıırılması ilə bağlı heç bir problemlə qarşılaşmayacaqlar.

“Amma hər ehtimala qarşı Azərbaycan Mətbuat Şurası əvvəlki illərdə olduğu kimi, bu dəfə də seçki günü “Qaynar xətt” təşkil edəcək. Harada olmağından asılı olmayaraq, hətta ən ucqar kənddə belə hansısa jurnalistə qarşı müəyyən anlaşılmazlıq olarsa, jurnalistin məlumat toplamasında məhdudiyyət yaranarsa, onlar birbaşa olaraq “Qaynar xətt”ə müraciət edə bilərlər. Mətbuat Şurası həmin problemi yerindəcə həll etməyə çalışacaq”.

Əflatun Amaşov deyib ki, seçki günü Mətbuat Şurasının İdarə Heyətinin üzvləri dairələrdə və məntəqələrdə jurnalistlərə yaradılmış şəraitlə yaxından tanış olacaq.

“Həmçinin, Mətbuat Şurası Azərbaycan medaiasında seçkilərin işıqlandırılması ilə bağlı böyük monitorinq keçirir. Bu monitorinqə 7 televiziya, 15 qəzet, 10 informasiya agentliyi və xəbər portalları daxildir. Həmin KİV-lərdə seçkilərə nə qədər yer verildiyi, prezidentliyə namizədlərə və onların tərəfdarlarına necə yanaşıldığı araşdırılır. Yəqin ki, seçkidən 1 gün sonra Mətbuat Şurası həmin monitorinqin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək”.

Mətbuat Şurasının sədri qeyd edib ki, daxildə və xaricdən gələn jurnalistlər arasında sabahkı prezident seçkiləri ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayan şəxslər ola bilər.

“Ancaq biz öz işimizi düzgün qurandan, istənilən suallara cavablandırandan sonra əminəm ki, həmin şəxslərin hazırladıqları materiallara o qədər də yer qalmayacaq. Onlar o qədər də diqqət cəlb etməyəcək. Ancaq çalışılır ki, sabahkı seçkini işıqlandırmaq üçün heç bir jurnalistə problem yaranmasın”.
XƏBƏR LENTİ
SORĞU