28 mar 12:00Sosial

ALDP sədri: Fuad Əliyev: Tariximizi unutmayaq ki, tarixdən silinməyək!

ALDP sədri: Fuad Əliyev: Tariximizi unutmayaq ki, tarixdən silinməyək!Azərbaycan Liberal Demokrat Partiyasında (ALDP) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Erməni faşıstlərı 1905-1907-ci və 1918-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Erməni faşıstlərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Erməni faşıstləri evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi sürətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Bizim əsas vəzifəmiz 31 mart və Xocalı soyqırımları, erməni faşıstlərın ölkəmizə, millətimizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri Dünya ictimayətə çətdırılmasıdır. Tariximizi unutmayaq ki, tarixdən silinməyək!” – ALDP sədri Fuad Əliyev qeyd etdi.
loading...
XƏBƏR LENTİ
SORĞU