03 mar 19:49Sosial

Siyəzəndə rayonun idman ictimaiyyəti ilə görüş keçirilib

Siyəzəndə rayonun idman ictimaiyyəti ilə görüş keçirilibSiyəzən rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 5 mart “Bədən tərbiyəsi və İdman günü” münasibəti ilə martın 3-də Gənclər Mərkəzində rayonun idman ictimaiyyəti ilə görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, tədbirdə veteran idmançılar, məşqçi-müəllimlər, fiziki tərbiyə müəllimləri, respublika və beynəlxalq səviyyəli yarışların qalibləri iştirak edib.

Tədbiri giriş sözləri ilə açan Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov görüş iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik edib və bildirib ki, “Bədən Tərbiyəsi və İdman günü”nün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. Daha sonra Azərbaycan Respublikası prezidenti İlham Əliyev ölkəmizin nüfuzunun beynəlxalq aləmdə yüksəldilməsində bədən tərbiyəsi və idmanın rolunu nəzərə alaraq 5 mart tarixinin “Bədən təbiyəsi və İdman günü” kimi qeyd olunması haqqında sərəncam imzalayıb.
Siyəzəndə rayonun idman ictimaiyyəti ilə görüş keçirilib
Tədbirdə həmçinin Uşaq Gənclər İdman – Şahmat Məktəbinin direktoru Yavuz Əliyev, sərbəst güləş üzrə məşqçi müəllim Cavanşir Ağayev, boks üzrə məşqçi müəllim Şahin Kərimli və veteran idmançı Ariz Əliyev çıxış edərək idmanın insan həyatındakı əhəmiyyətindən, idman sahəsində qazanılan uğurlardan və dövlət tərəfindən həyata keçirilən idman siyasətindən danışıblar. Qeyd olunub ki, artıq ölkəmiz dünyada təbii sərvətləri ilə yanaşı, həm də bir idman ölkəsi kimi tanınır.

Tədbirin sonunda bədən tərbiyəsi və idman sahəsində fərqlənən idmançılara Gənclər və İdman idarəsi tərəfindən fəxri fərmanlar təqdim olunub.
Siyəzəndə rayonun idman ictimaiyyəti ilə görüş keçirilib
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.