03 mar 18:35Sosial

Xadimə bağça müdirəsi təyin edildi - Qazaxda

Xadimə bağça müdirəsi təyin edildi - QazaxdaQazax rayonu İkinci Şıxlı kəndində maraqlı hadisə baş verib.

Avropa.info xəbər verir ki, İkinci Şıxlı kəndi 1 nömrəli uşaq baxçasının müdirəsi Sədaqət Rəsulova və Turan adlı müəllimə işdən azad ediliblər.

Fevralın 27-də S.Rəsulovanın yerinə həmin bağçada xadimə işləyən Məhəbbət adlı xanım təyin edilib. O da öz növbəsində Turan müəllimənin yerinə öz gəlinini işə götürüb.

Məlumata görə, xadimə Qazaxın icra başçısının müavini Gülayə Həsənovanın təqdimatı ilə icra başçısı Rəcəb Babaşovun sərəncamı əsasında bağça müdirəsi təyin edilib.

G.Həsənova xəbəri təsdiqləyərək yeni bağça müdirəsinin tibb texnikumunu bitirdiyini, bu səbəbdən də onun bağça müdirəsi təyin edilməsində heç bir problemin olmadığı deyib.
XƏBƏR LENTİ
SORĞU